“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
17 Jun 2026, 15:17
5 baxış
Admin
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
News24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da mümkün rəqibi bəlli olub.
Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda baş tutacaq.
Mənbə:
news24.az