Messi ilk qolu vurub ağladı - Səbəbi açıqlandı
17 Jun 2026, 10:19
4 baxış
Admin
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında vurduğu ilk qoldan sonra kövrəlib ağlamasından danışıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu göz yaşlarının futbolla əlaqəli olmadığını deyib.
“Son günlər mənim üçün çətin keçirdi, buna görə də emosiyalarımı cilovlaya bilmədim. Komanda yoldaşlarıma və məşqçi heyətinə minnətdaram. Onlar həmişə yanımda olub mənə güc veriblər. Dünya çempionatının ilk oyunları həmişə çətin olur”, – deyə Messi bildirib.
Qeyd edək ki, ABŞ-nin Kanzas-Siti şəhərində keçirilən qarşılaşma Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Argentina yığması 3 xal toplayaraq “J” qrupunda birinci pillədə qərarlaşıb.
Mənbə:
news24.az