İdman

"Qarabağ"dan növbəti transfer -

16 Jun 2026, 21:23 7 baxış Admin
"Qarabağ"dan növbəti transfer -

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.


Bakupost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Xatırladaq ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər