Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli oldu
16 Jun 2026, 18:12
7 baxış
Admin
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
News24.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olub.
Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.
Komandamız Uelsin TNS klubuna rəqib olub. Təmsilçimiz ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.
Mənbə:
news24.az