Kevin Medina "Qarabağ" klubundan ayrıldı
16 Jun 2026, 16:18
6 baxış
Admin
"Qarabağ"ın daha bir tanınmış siması klubu tərk edib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb.
Bunu News24.az-a futbolçunun özü təsdiqləyib.
Qeyd edək ki, Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
Mənbə:
news24.az