Sumqayıtda ağır qəza - Ölən var
09 Jun 2026, 10:16
7 baxış
Admin
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə saat 22:15 radələrində Quba-Bakı yolunun Sumqayıtdan keçən 33-34-cü kilometrliyində qeydə alınıb.
E.Cavanşirli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən 1969-cu il təvəllüdlü Arif Hüseynqulu oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mənbə:
news24.az