Kriminal

Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı

17 Sep 2026, 12:20 3 baxış Admin
Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı

Lənkəranda məsuliyyətdən yayınmaq üçün avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb.

News24.az xəbər evrir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.

Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. ( Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər