İdman

Avropa çempionu olan millimiz azarkeşlərlə görüşəcək

07 Jun 2026, 11:56 13 baxış Admin
Avropa çempionu olan millimiz azarkeşlərlə görüşəcək

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.

Bu barədə News24.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər