“Qarabağ” sevgisi okeanı aşdı... - Foto
07 Jun 2026, 10:35
9 baxış
Admin
“Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
News24.az xəbər verir ki, sağ cinah müdafiəçi Braziliyada çəkilmiş fotonu izləyiciləri ilə bölüşüb.
“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, - o yazıb.
Paylaşımda maraq doğuran əsas məqam isə fotonun fonunda “Qarabağ”ın loqosunun yer alması olub. Braziliyada çəkilən şəkildə Ağdam təmsilçisinin loqosunun görünməsi diqqətdən yayınmayıb. // Qafqazinfo
Mənbə:
news24.az