Cəmiyyət

Bu avtomobillər üçün sürücülük vəsiqəsi

04 Jun 2026, 11:27 7 baxış Admin
Bu avtomobillər üçün sürücülük vəsiqəsi

Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər