İdman

"Qızıl top" mükafatının təqdimetmə mərasimi Londonda keçiriləcək

29 May 2026, 10:14 18 baxış Admin
"Qızıl top" mükafatının təqdimetmə mərasimi Londonda keçiriləcək

2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.


Bakupost.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
70-ci "Qızıl top" təqdimetmə mərasimi bu nüfuzlu mükafatın ilk sahibi, 1956-cı ildə laureat olmuş ingiltərəli futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Britaniya paytaxtında təşkil olunacaq.
Xatırladaq ki, 2025-ci ildə "Qızıl top" mükafatını PSJ komandasının və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər