İdman

Messi 500 milyon avrodan imtina edibmiş: Təklif məktubunu heç açmayıb

16 Sep 2026, 22:12 5 baxış Admin
Messi 500 milyon avrodan imtina edibmiş: Təklif məktubunu heç açmayıb

"İnter"in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə argentinalı hücumçu Lionel Messini 500 milyon avroya almağa hazır olduğunu, lakin forvardın bu təkliflə hətta tanış olmadığını bəyan edib.

News24.az bu barədə Sport.es-ə istinadən xəbər verir.

"Mən Messi üçün 500 milyon avroluq təklif irəli sürdüm. Həmin il üçün bu, çılğın bir rəqəm idi. Danışıqlar aparmaq üçün vitse-prezidentimi Barselonaya göndərdim. Lakin Messi məktubu heç açmadı və təklifdən xəbərdar olmadı. O, təfərrüatları bilmədən bunu rədd etdi", - deyə Moratti bildirib.

"İnter"in sabiq prezidenti həmçinin Messi ilə şəxsən əlaqə saxlaya bildiyini vurğulayıb:

"O, cavabında dedi: "Karyeramı "Barselona"da bitirmək istəyirəm". O, "Barselona"da qalmaq istəyirdi. Vəziyyəti bilirdim, lakin onu pulla şirnikləndirməyə çalışdım və bu baş tutmadı".

Qeyd edək ki, Massimo Moratti 1995-2004 və 2006-2013-cü illərdə Milanın "İnter" klubunun prezidenti olub. Lionel Messi isə 2012-ci ildə "Barselona"nın şərəfini qoruyurdu. (Oxu.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər