Sərnişin qatarı Tbilisidən Bakıya yola düşdü
28 May 2026, 21:19
6 baxış
Admin
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbayacana yola salınıb.
News24.az xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.
Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.
Mənbə:
news24.az