“Evdə üç günlük ərzaq ehtiyatı toplayın,
23 Oct 2026, 08:00
3 baxış
Admin
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalına qarşı nağd pul əldə etmək tövsiyə olunur.
Təlimat kiberhücumlar, daşqınlar, meşə yanğınları və mümkün təxribatlar kimi fövqəladə hallara hazırlığı nəzərdə tutur. Vətəndaşlara elektrik enerjisinin kəsilməsi ehtimalını da nəzərə almaq, telefon və digər cihazlar üçün enerji yığma vasitələrini, batareya ilə və ya əl ilə işləyən radioları, həmçinin çap olunmuş yoxlama siyahılarını əlçatan yerdə saxlamaq məsləhət görülür.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq belə hallara hazırlığın vacibliyini vurğulayaraq, hər kəsin bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti yerinə yetirməli olduğunu bildirib.
Leyboristlər Partiyasının rəhbərliyinin bir müddətdir gündəmdə saxladığı təşəbbüs genişmiqyaslı təqdimat keçirilmədən, hökumətin onlayn platformalarında yayımlanmağa başlayıb.
Rəsmilər kampaniyanın elanının digər hökumət açıqlamaları ilə eyni vaxta təsadüf etdiyini bildiriblər. Eyni zamanda, dünyanın çoxsaylı veb-saytlarında istifadə olunan PHP proqramlaşdırma dilində aşkarlanmış kritik təhlükəsizlik boşluğu ilə bağlı işlərin davam etdiyi qeyd olunub.
Mənbə:
bakupost.az