Salyanda kişi faciəvi şəkildə öldü
23 Oct 2026, 09:36
1 baxış
Admin
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.
"Bakupost" xəbər verir ki, Vaqif Hüseyn oğlu Məmmədov Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə:
bakupost.az