Azərbaycanda vəzifəli şəxs həbs edildi
23 Oct 2026, 10:21
1 baxış
Admin
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.
"Bakupost" Report-a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Azəridmanservis MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.
Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.
R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mənbə:
bakupost.az