Dünya

“Ağaclar kəsildikdən sonra canavarlar kəndə gəldilər” - “Google”dan şikayətçidilər

23 Oct 2026, 01:16 4 baxış Admin
“Ağaclar kəsildikdən sonra canavarlar kəndə gəldilər” - “Google”dan şikayətçidilər

“Finlandiyanın Otanmäki kəndində canavarlar, “Google” məlumat mərkəzinin tikintisi üçün meşənin təmizlənməsindən sonra insanlara yaxınlaşmağa başlayıblar”.

News24.az xəbər verir ki, bu barədə yerli sakin Anni Ranta “The Guardian” nəşrinə məlumat verib.

“Ağaclar kəsildikdən sonra meşədə yaşayan canavarlar kəndə gəldilər”, - ailəsi nəsillərdir bu ərazidə yaşayan 53 yaşlı Ranta deyib.

Qeyd olunur ki, Otanmäkidəki ərazidə “Google” məlumat mərkəzi tikmək üçün meşəni təmizləyib. Şirkətin Finlandiyadakı ümumi dəyəri 13 milyard avro olan layihəsi nəticəsində Muhosda təxminən 250 000, Otanmäkidə isə daha təxminən 150 000 ağac məhv edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər