88 gün öncə öldürülən Xameneinin dəfn mərasimi nə zamandır? - Açıqlama
26 May 2026, 11:01
9 baxış
Admin
İranın öldürülən ali lideri Əli Xamenei ilə vida mərasiminin vaxtı hələ də məlum deyil.
News24.az xəbər verir ki, bu barədə “Fars News” agentliyi Tehranın İslam Təbliğat Koordinasiya Şurasının rəhbərinə istinadən məlumat yayıb.
Məlumatda vətəndaşlara yayılan şayiələrə inanmamaq çağırışı edilib.
Bildirilib ki, İranın mərhum ali rəhbəri Əli Xamenei fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hücumu nəticəsində həyatını itirib. Həmçinin qeyd edilib ki, hadisədən 88 gün keçməsinə baxmayaraq, dəfn mərasimi ilə bağlı yekun qərar açıqlanmayıb.
Mənbə:
news24.az