Şou biznes

Azər Zahidin ölkədən çıxışına “stop” qoyuldu

24 Nov 2026, 22:53 1 baxış Admin
Azər Zahidin ölkədən çıxışına “stop” qoyuldu

Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına “stop” qoyulub.

News24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub.

Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə  qətnamə qəbul edilməsi istənilib.

Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zəhidin vergi

öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər