Türkiyədə helikopter qəzası - 5 hərbçi həlak oldu- Yeniləndi
Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Türkiyənin Eskişehir şəhərində təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə həlak olan hərbçilərlə bağlı başsağlığı verib.
“Acımız böyükdür... Eskişehirdə təlim uçuşu zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrimizə məxsus helikopterdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik. Məkanları cənnət olsun. Əziz şəhidlərimizin kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz xalqımıza səbir və başsağlığı diləyirik!”, - Çelikin "X" hesabındakı paylaşımında deyilir.
21:40
Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus "AS-532" tipli helikopter qəzaya uğrayıb.
News24.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik helikopterin qalıqlarının aşkar edildiyini, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.