İran Vaşinqtonun tələblərini qəbul etməyəcək - Pezeşkian
25 May 2026, 20:15
14 baxış
Admin
“Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ-la aparılan danışıqlarda Vaşinqtonun həddini aşan tələblərini qəbul etməyəcək”.
Bakupost.az İranın dövlət xəbər agentliyi “IRNA”ya istinadla xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının üzvləri ilə görüşdə səsləndirib.
“Danışıqlar elə planlaşdırılıb ki, İran xalqının hüquqları tam şəkildə təmin olunsun”, - o vurğulayıb.
Mənbə:
bakupost.az