Qadın paraşütçü təyyarə ilə toqquşdu: Göy üzündə inanılmaz qəza
25 May 2026, 18:36
8 baxış
Admin
Avstriya Alplarında bir paraşütçü qadın havada təyyarə ilə toqquşub.
Bakupost.az xəbər verir ki, hadisə Avstriyanın Zaltsburq bölgəsində baş verib. 44 yaşlı qadın paraşütçü havada kiçik matorlu təyyarə ilə toqquşub.
Toqquşmadan sonra paraşütə nəzarəti itirən qadın, təcili ehtiyat paraşütünü açaraq yerə eniş edib.
Təyyarənin 28 yaşlı pilotunun isə paraşütçünü fərq etsə də, toqquşmanın qarşısını ala bilmədiyi bildirilib. Hadisə zamanı həm pilotun, həm də paraşütçünün ciddi xəsarət almadığı qeyd olunub.
Gülsüm Baxşəliyeva, Bakupost
Mənbə:
bakupost.az