Pakistanda iki avtobusun toqquşması 17 can aldı
25 May 2026, 13:57
10 baxış
Admin
Bu gün Pakistanın şimal-qərbində yüksək sürətlə hərəkət edən mikroavtobus park edilmiş avtobusla toqquşub. Qəza nəticəsində 17 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, qəza Xayber Paxtunxva əyalətinin Mardan şəhəri yaxınlığında baş verib.
Ölkənin xilasetmə xidmətinin baş direktoru Şah Fəhadın məlumatına görə, hadisəyə səbəb sürücünün səhlənkarlığı olub.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az