Türkiyədə ağır qəza: bir ailənin 5 üzvü öldü
23 May 2026, 16:06
9 baxış
Admin
Türkiyənin Giresun vilayətində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Bakupost.az xəbər verir ki, Giresundan Trabzon istiqamətinə gedən yolda TIR qırmızı işıqda gözləyən iki maşınla toqquşub.
Qəza nəticəsində bir ailənin 3-ü uşaq olmaqla, 5 üzvü ölüb, digər 6 nəfər isə xəsarət alıb.
Mənbə:
bakupost.az