Dünya

Ermənistanın müalicəvi suyu Rusiyada təhlükə yaratdı - Ölən var

23 May 2026, 13:01 10 baxış Admin
Ermənistanın müalicəvi suyu Rusiyada təhlükə yaratdı - Ölən var

Ermənistan istehsalı olan “Jermuk” markalı mineral suda təhlükəli kimyəvi maddə həddinin aşılması aşkar edilib. Rusiyada bu markanın bütün su partiyalarının idxalı və satışı dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın istehlakçı hüquqlarının qorunması və əhalinin sanitariya-epidemioloji rifahına nəzarət edən dövlət qurumu məlumat yayıb.

Qərar “Jermuk Group” tərəfindən istehsal olunan müalicəvi qazlı mineral suların bütün partiyalarına şamil edilib.

Yoxlamalar zamanı hidrokarbonatlar, xloridlər və sulfatların normadan artıq olduğu müəyyən edilib.

Qurumun açıqlamasına görə, etiketdə göstərilən məlumat məhsulun faktiki tərkibi ilə uyğun gəlmir və bu, sağlamlığa zərər verə bilər.

Mağazalar və onlayn satış platformaları artıq məhsulların dövriyyədən çıxarılması barədə məlumatlandırılıb. Bu barədə məlumat Avrasiya İqtisadi İttifaqı ölkələrinə də göndərilib.

Qeyd olunub ki, “Jermuk” mineral suyu 2024-cü ilin fevralında da qalmaqallı hadisə ilə gündəmə gəlib.

O zaman Vladikavkazda bir kişi bu sudan içdikdən sonra onun qida borusu yanıb, suda isə sirkə aşkar edilib.

O, təcili olaraq xəstəxanaya çatdırılsa da, vəfat edib. /Mash/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər