Dünya

Ukraynanın tələbə yataqxanasına hücumu: Ölü sayı artdı - Dəhşətli görüntülər

23 May 2026, 11:19 10 baxış Admin
Ukraynanın tələbə yataqxanasına hücumu: Ölü sayı artdı - Dəhşətli görüntülər

Ukrayna Silahlı Qüvvələrinin Luqansk Xalq Respublikasının (LXR) Starobelsk şəhərindəki yataqxanaya hücumu nəticəsində 10 nəfər həlak olub, daha 38 nəfər isə xəsarət alıb.

News24.az xəbər verir ki, 11 tələbənin itkin düşdüyü bildirilib.

Hazırda, xilasetmə işləri davam etdirilir.

Rəsmi məlumatlara görə, zərbə nəticəsində beşmətrəbəli binanın üç mərtəbəsi uçub.

Hücum anında yataqxanada 14-18 yaşlarında 86 yeniyetmə olub.

Rusiya prezidenti Vladimir Putin hücumu terror aktı adlandırıb.

Rusiya İstintaq Komitəsi tərəfindən terror aktı maddəsi ilə cinayət işi açılıb. /İnterfax/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər