İran hava məkanını bağladı - Uçuşlar dayandırıldı
23 May 2026, 09:21
10 baxış
Admin
İran yeni NOTAM yayımlayaraq ölkənin qərb hissəsində hava məkanına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
News24.az xəbər verir ki, Tehranın qərbində yerləşən hava məkanı bazar ertəsi səhərinə qədər bağlı olacaq.
Yalnız gündüz saatlarında müəyyən uçuşlara icazə veriləcəyi bildirilib.
NOTAM-da qeyd olunub ki, qərb Tehran uçuş məlumat bölgəsində yerləşən əksər hava limanlarında məhdudiyyətlər tətbiq olunub və bəzi uçuşlar üçün əlavə icazələr tələb edilir. /Azad İran/
Mənbə:
news24.az