Dünya

ABŞ-dən Ukraynaya 108 milyon dollarlıq raket dəstəyi

22 May 2026, 14:24 15 baxış Admin
ABŞ-dən Ukraynaya 108 milyon dollarlıq raket dəstəyi

ABŞ Dövlət Departamenti Ukraynaya 108,1 milyon dollar dəyərində Hawk raket sistemlərinin satışını təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, paketə qoşqular, modifikasiya işləri və texniki dəstək daxildir. Həmçinin Ukraynaya ehtiyat hissələri və istehlak materialları da veriləcək.
Rəsmi Vaşinqton bu addımın Ukraynanın müdafiə imkanlarını gücləndirəcəyini qeyd edib. Bildirilib ki, satış mövcud və gələcək təhdidlərə qarşı effektivliyi artıracaq.
Bahar Babaşova, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər