Dünya

Overçuk və Qriqoryan nəyi müzakirə etdilər?

24 Nov 2026, 23:01 2 baxış Admin
Overçuk və Qriqoryan nəyi müzakirə etdilər?

Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk və Mher Qriqoryan ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.


"Bakupost" xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ticarət, iqtisadi və humanitar əməkdaşlıq müzakirə olunub.
Danışıqlardan sonra tərəflər müzakirə olunan sahələrdə işgüzar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
24-25 noyabr tarixlərində Moskvaya səfəri çərçivəsində Mher Qriqoryan Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında da iştirak edəcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər