Kılıçdaroğlu CHP-nin başına gətirildi
21 May 2026, 20:02
28 baxış
Admin
Ankara məhkəməsi Türkiyənin aparıcı müxalifət partiyası ilə bağlı qalmaqallı qərar verib.
Bakupost.az xəbər verir ki, qərarla Kamal Kılıçdaroğlu CHP-yə qəyyum təyin edilib.Qeyd edək ki, o, 2023-cü ildə keçirilən qurultayda partiya sədrliyini hazırkı rəhbər Özgür Özələ uduzmuşdu.Məhkəmənin 36-cı Mülki İşlər üzrə Kollegiyası CHP qurultay işini “tamamilə etibarsız” hesab edib. Qərara əsasən, CHP-yə rəhbərlik edən Özgür Özel və onun administrasiyası müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılır, Kamal Kılıçdaroğlu və onun administrasiyası isə yenidən vəzifələrinə qaytarılır.
Mənbə:
bakupost.az