Sosial ödənişlər bu tarixdə yekunlaşacaq
21 May 2026, 12:57
9 baxış
Admin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə News24.az-a ƏƏSMN-dən məlumat verilib.
“Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq”, - məlumatda deyilir.
Mənbə:
news24.az