Ərdoğandan jurnalistin sualına gözlənilməz cavab – VİDEO
20 May 2026, 22:25
13 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki AK Partiya qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.
News24.az xəbər verir ki, görüşdən sonra jurnalistlərlə qısa danışan Prezident Ərdoğan, "Qarşıdan gələn Qurban bayramında İstanbulda olacaqsınızmı?" sualına yumoristik cavab verib.
Ərdoğan "Bayramı harada keçirəcəksiniz?" deyə soruşan jurnalistə "Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?" söyləyib. (Unikal)
Mənbə:
news24.az