İran F-35-i vuran ilk ölkədir - İran XİN
20 May 2026, 11:51
9 baxış
Admin
İrana qarşı müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dəyərində onlarla təyyarənin itirilməsini etiraf etdi.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.
“Güclü Silahlı Qüvvələrimizin məşhur F-35 təyyarəsini vuran ilk ölkə olduğu təsdiqləndi. Əldə etdiyimiz təcrübə və qazandığımız biliklərlə müharibəyə qayıdış daha çox sürprizlərlə müşayiət olunacaq”, - o qeyd edib.
Mənbə:
bakupost.az