Dünya

Prezidentin bacısı Qəzzaya gedən gəmidə saxlanıldı

19 May 2026, 15:03 14 baxış Admin
Prezidentin bacısı Qəzzaya gedən gəmidə saxlanıldı

İrlandiya Prezidenti Ketrin Konnollinin bacısı Qəzzaya gedən Sumud donanmasının gəmisində saxlanılıb və İsrailə aparılıb.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Mən İsrail qüvvələri tərəfindən saxlanılan bacım Marqaret Konnolli ilə çox fəxr edirəm. O, donanmada saxlanılan altı İrlandiya vətəndaşından biridir”, - prezident bildirib.

Qeyd edək ki, dünən İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardım adı altında Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlamışdı.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər