"Bu, Tehrana baha başa gələcək"
15 May 2026, 09:28
12 baxış
Admin
“Hörmüz boğazı mütləq açılacaq və bunun nəticəsində enerji qiymətləri də aşağı düşəcək”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio “NBC News” telekanalına müsahibəsində deyib.
Rubio vurğulayıb ki, İslam Respublikasının “nüvə İranı” olmaq cəhdləri Tehrana baha başa gələcək.
O xəbərdarlıq edib ki, əgər İran nüvə silahı əldə edərsə, onu Hörmüz boğazına nəzarət etməkdən heç nə dayandıra bilməz və bu vəziyyət beynəlxalq ictimaiyyət üçün davamlı böhran yarada bilər.
Mənbə:
news24.az