Paşinyandan Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı münasibət
14 May 2026, 21:34
14 baxış
Admin
"Ermənistan hökuməti Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından istifadə etməklə öz vətəndaşlarını müdafiə etməyə yönəlmiş mümkün addımlarından heç bir narahatlıq hiss etmir".
Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
"Rusiya Federasiyasında hansı qanunların qüvvədə olmasından asılı olmayaraq, sözügedən hərbi baza Ermənistan qanunvericiliyinə uyğun olaraq və Ermənistan Respublikasının yurisdiksiyası altında fəaliyyət göstərməlidir", - deyə o vurğulayıb.
Mənbə:
bakupost.az