Dünya

Maduronun oğlu atasının hansı şəraitdə saxlanıldığını açıqladı

14 May 2026, 16:39 12 baxış Admin
Maduronun oğlu atasının hansı şəraitdə saxlanıldığını açıqladı

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun 18 məhbusla eyni kamerada saxlanıldığı iddia edilir.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşrinə onun oğlu Guerra Maduro danışıb.

Onun sözlərinə görə, Maduronun kamera yoldaşları arasında bir müddət amerikalı reper Tekashi də olub.

“Ailəmin narkotiklərlə və ya terrorçularla heç bir əlaqəsi yoxdur. Bütün bunlar siyasi prosesdir”, – deyə Guerra Maduro bildirib.

O qeyd edib ki, ABŞ-ın atasını oğurlamaq əməliyyatı ailə üçün gözlənilməz olub.

“Karakas öz imkanlarını düzgün qiymətləndirmədi və keçmiş lideri kifayət qədər qoruya bilmədi”, – o əlavə edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər