Dünya

İranda faciə - Ölən və yaralananlar var - Foto

14 May 2026, 13:32 13 baxış Admin
İranda faciə - Ölən və yaralananlar var - Foto

Ötən gün İranda Təbrizin Nəsr küçəsində yarımçıq tikili çöküb.

News24.az xəbər verir ki, hadisə binada beton tökmə işləri aparılan zaman baş verib.

Çökmə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ölən və yaralanan şəxslərin kimliyi açıqlanmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. /ISNA/

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər