Rubio Maduronun kostyumunu geyinib Çinə getdi
13 May 2026, 10:39
12 baxış
Admin
ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilərkən geyindiyi idman kostyumunu geyinərək Çinə gedib.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Kommunikasiya direktoru Stiven Çenq X səhifəsində yazıb.
"Rubio prezident təyyarəsində "Nike Tech"in "Venesuela" kostyumunu nümayiş etdirir", - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp komanda heyəti ilə Çində səfərdədir.
Mənbə:
bakupost.az