Göydə insana bənzər qırmızı fiqur çəkildi
25 Nov 2026, 08:21
2 baxış
Admin
Puerto-Rikoda fotoqraf Frenki Lusena noyabrın 20-də göy üzündə qeyri-adi bir mənzərə lentə alıb. Şəkildə sanki başı, qolları və ayaqları olan qırmızı insan fiquru görünür. İlk baxışdan mələyi, yaxud fantastik filmdən çıxmış bir varlığı xatırladır.
Bakupost.az xəbər verir ki, alimlərin “qırmızı sprite” adlandırdığı nadir atmosfer hadisəsidir. Güclü ildırımlı fırtınalar zamanı atmosferin yuxarı qatlarında yaranan elektrik boşalması belə qəribə fiqurlar əmələ gətirə bilir. Fotoqraf bu görüntünü Puerto-Rikonun Kabo-Roxo bölgəsindən, təxminən 98 kilometr uzaqdakı fırtınanın üzərində çəkib.
Aygün Musayeva
Mənbə:
bakupost.az