Qarabağ qazisi faciəvi şəkildə öldü - Foto
25 Nov 2026, 09:18
2 baxış
Admin
Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo
Mənbə:
news24.az