AFFA qərar verdi - Klub prezidenti və məşqçi futboldan uzaqlaşdırdı
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
News24.az xəbər verir ki, 22.08.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə edilib.
II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə olunub.
21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.
Həmin oyunun 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa-2”yə0:3 hesablı texniki məğlubiyyət verilib, “Şəfa-2” komandası 500 manat cərimə edilib.
22.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah-2” komandasının 66 nömrəli futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. Buna görə, “Sabah-2” komandası 300 manat cərimə edilib.
"Binə" FK-nın məşqçisi Məmmədəli Ağatalıbov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 3 (üç) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.
"Binə" FK-nın U-15 komandasının baş məşqçisi Samir Abdullayevə futbolla bağlı sənədlərə lazımi nəzarət etməməsinə görə xəbərdarlıq edilib.
"Viləş" PFK-nın prezidenti Mirələm Həşimov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 1 (bir) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.