Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi
25 Nov 2026, 00:03
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ABŞ müstəqilliyinin 250 illiyi şərəfinə təqdim etdiyi hədiyyəyə görə təşəkkürünü bildirib.
News24.az xəbər verir ki, o bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.
“Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevə gözəl özbək çardaqlarına görə təşəkkür etmək istəyirəm”, - Ağ Ev rəhbəri yazıb.
Qeyd edək ki, Mirziyoyev amerikalı həmkarına qoz ağacından yonulmuş, “eyvan” adlanan iki ədəd çardaq hədiyyə edib.
Mənbə:
news24.az