FES yenə faiz artımına gedə bilər
24 Nov 2026, 15:07
2 baxış
Admin
Nyu-York FES-in rəhbəri Con Uilyams inflyasiyanın hələ də yüksək olduğunu və onu 2%-lik hədəfə qaytarmaq üçün əlavə addımların vacibliyini bildirib.
“Bakupost” xəbər verir ki, FES-in dekabrın 8-9-da keçiriləcək iclasında faizlərin yenidən artırılması gözlənilir.
Uilyams iqtisadi göstəricilərin ABŞ iqtisadiyyatının güclü qaldığını göstərdiyini deyib. O, zərurət yaranarsa, ardıcıl iclaslarda da faiz artımını istisna etməyib.
Onun proqnozuna görə, ABŞ iqtisadiyyatı bu il və gələn il 2,75% böyüyəcək, inflyasiya isə 2028-ci ildə FES-in 2%-lik hədəfinə enəcək.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az