Digər

Antidepressantlar xəstəyə niyə təsir etmir? - Psixoloq açıqladı

24 Nov 2026, 16:12 2 baxış Admin
Antidepressantlar xəstəyə niyə təsir etmir? - Psixoloq açıqladı

Pasiyentin “antidepressant təsir etmir” deməsinin ən geniş yayılmış səbəblərindən biri müalicənin nəticəsini çox tez qiymətləndirməsidir.

News24.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, psixiatr Elvina Əhmətova açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk müsbət dəyişikliklər bir neçə həftə ərzində müşahidə oluna bilər. Müalicənin effektivliyini qiymətləndirmək üçün dərmanın dozası və qəbul müddəti nəzərə alınmalıdır. Həkim 2–4 həftədən sonra müsbət irəliləyişin olub-olmadığını yoxlamalıdır. Lakin pasiyent müalicəni özbaşına dayandırmamalıdır.

Digər geniş yayılmış problem dərmanların düzgün qəbul edilməməsidir. Bəzi pasiyentlər həbləri qəbul etməyi unudur, dozanı azaldır və ya ilk yaxşılaşmadan sonra dərmanı dayandırırlar. Yan təsirlər müalicəvi təsirdən əvvəl yarana bilər. Belə hallarda dərmanı özbaşına kəsmək əvəzinə həkimə müraciət etmək lazımdır. Bəzi antidepressantların qəfil dayandırılması xəstəliyin yenidən qayıtması ilə qarışdırıla bilən əlamətlərə səbəb olur.

Əhmətova alkoqol, və digər psixoaktiv maddələrin də müalicəyə mənfi təsir göstərə biləcəyini vurğulayıb. Onlar narahatlığı artıra, yuxunu poza və depressiya əlamətlərini gücləndirə, dərmanlarla birlikdə isə arzuolunmaz reaksiyaların riskini yüksəldə bilər.

Ən azı iki düzgün aparılmış antidepressant müalicə kursundan sonra yetərli nəticə əldə olunmursa, müalicəyə davamlılıqdan danışmaq mümkündür.

Bununla yanaşı, diaqnozun yenidən nəzərdən keçirilməsi vacibdir. Bəzən depressiya əlamətlərinin arxasında bipolyar pozuntu və ya başqa somatik xəstəlik dayana bilər.

Dərmanların təsiri insanların bioloji xüsusiyyətlərindən və maddələr mübadiləsinin sürətindən də asılıdır.

Həkim xəbərdarlıq edib ki, antidepressantı özbaşına dəyişərək başqa bir insana kömək etmiş dərmanı qəbul etmək müalicə zamanı yol verilən ən ciddi səhvlərdəndir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər