Daha bir ölkə məktəblərdə telefonların istifadəsini qadağan edir
24 Nov 2026, 17:04
1 baxış
Admin
Danimarka 2027–2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəni qadağan edəcək.
News24.az xəbər verir ki, Danimarka Təhsil Nazirliyinin açıqlamasına əsasən, yeni qayda yalnız mobil telefonları deyil, həm də internetə çıxışı olan digər şəxsi elektron cihazları əhatə edəcək.
Eyni zamanda, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemləri tətbiq olunacaq. Bəyanatda qeyd olunub ki, dərs saatları ərzində təhsillə əlaqəsi olmayan platformalara, o cümlədən virtual mediaya, onlayn oyunlara və alış-veriş saytlarına giriş məhdudlaşdırılacaq.
Hansı veb-saytların bloklanacağına isə bələdiyyələr və məktəblər qərar verəcək.
Mənbə:
news24.az