Cəmiyyət

Prezidentin təltif etdiyi deputat kimdir?

23 Nov 2026, 10:51 1 baxış Admin
Prezidentin təltif etdiyi deputat kimdir?

Prezident İlham Əliyevin noyabrın 23-də imzaladığı sərəncamla Milli Məclisin deputatı Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib. O, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltifə layiq görülüb.


"Bakupost" A.Əsgərovun dosyesini təqdim edir:
Asif Yunis oğlu Əsgərov 1966-cı ildə Naxçıvan şəhərində anadan olub.
1989-cu ildə S.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Dövlət İdarəçilik Akademiyasını bitirib.
1989-cu ildən əmək fəaliyyətinə başlayıb, Ümumi (və ya İxtisaslaşdırılmış) Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub, Azərbaycan Cüdo Federasiyasının birinci vitse-prezidentidir.
A.Əsgərov 1996-cı ildən Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2024-cü illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olub.
O, 2024-cü il növbədənkənar parlament seçkilərində 112 saylı Zaqatala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb və Milli Məclisin deputatı seçilib.
Parlamentin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Gənclər və idman komitəsinin, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.
Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Əməkdar məşqçisi, respublika dərəcəli hakimdir.
Ailəlidir, 2 övladı var.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər