Dünya

Obamadan seçki nəticələrinə reaksiya - Amerika xalqı mesaj verdi

04 Nov 2026, 18:01 1 baxış Admin
Obamadan seçki nəticələrinə reaksiya - Amerika xalqı mesaj verdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama Konqresə keçirilən aralıq seçkilərinin nəticələrini şərh edib.


"Bakupost" xəbər verir ki, Obama sosial media hesabında paylaşım edərək Amerika xalqının seçkilərdə açıq mesaj verdiyini bildirib.
Onun sözlərinə görə, seçicilər cəmiyyəti parçalamaq əvəzinə insanları birləşdirən, mövcud problemlərə konkret həll yolları təklif edən liderlər görmək istəyirlər.
Keçmiş prezident əldə olunan nəticələrin ölkənin müxtəlif bölgələrində namizədlərin göstərdiyi uğur sayəsində mümkün olduğunu vurğulayıb.
“İndi görməli olduğumuz iş qollarımızı çırmalamaq, səlahiyyətlərimiz daxilində dəyişikliklər etmək, daha çox zərərin qarşısını almaq və gələcəyin təməlini qoymaqdır”, - deyə o bildirib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər