Dünya

Hakerlər qan soyuducularına hücum etdilər

04 Nov 2026, 19:19 3 baxış Admin
Hakerlər qan soyuducularına hücum etdilər

Hakerlər Fransa Qan Xidmətinin podratçısının sistemlərinə daxil olaraq plazma soyuducularında temperaturu -30°C əvəzinə 110°C-yə təyin ediblər.

News24.az xəbər verir ki, 2 noyabr gecəsi hücum edənlər soyuducu avadanlıqlara giriş əldə edib və xidmətin üç obyektində parametrləri dəyişdiriblər. Nəticədə, bölmələrdən biri həddindən artıq qızmağa başlayıb, lakin vaxtında siqnalizasiya işə düşüb — növbətçi işçi temperatur dəyişikliyini hiss edib və onun kritik səviyyəyə qalxmasının qarşısını alıb.

Plazma ehtiyatlarının bir hissəsi ehtiyat tədbiri olaraq digər saxlama yerlərinə köçürülüb və haker hücumundan sonra soyuducuların monitorinqi gücləndirilib. Fransa Səhiyyə Nazirliyi və Milli Kibertəhlükəsizlik Agentliyi hazırda kiberhücumun səbəblərini araşdırır.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər