Kriminal

Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı

04 Nov 2026, 19:47 1 baxış Admin
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı

Siyəzəndə kişi qızını bıçaqlayıb.

News.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

66 yaşlı Şükür İsayev (şərti adla) gecə saatlarında yaşadıqları evdə qızı Ramiləyə (şərti adla) bıçaq xəsarətləri yetirib. Buna səbəb Ramilənin evə gec və sərxoş halda gəlməsi olub. Yaranmış mübahisə zamanı Şükür mətbəx bıçağı ilə qızına hücum edib. Bu zaman qadın bıçağı tutduğu üçün əli kəsilib. Daha sonra kişi təkrar hücum edərək, qızının boyun və qoluna kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Zərərçəkən qadın da həmçinin atasına qarşı şikayət və tələbinin olmadığını deyib.

Hər iki tərəf məhkəməyə müraciət edərək, cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Ş. İsayev məsuliyyətdən azad olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər